• 9 Dekabr 2024
logo
Vaksinasiya noyabrdakı pik yoluxmanın təkrarlanmasının qarşısını aldı - TƏBİB rəsmisi

Vaksinasiya noyabrdakı pik yoluxmanın təkrarlanmasının qarşısını aldı - TƏBİB rəsmisi - VİDEO

Noyabr ayında ölkədə koronavirusa yoluxma sayı pik həddə - təxminən 5 min idisə, artıq bu rəqəm 2 min ətrafında davam edir.

Bunu Trend TV-yə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.

Həkim hesab edir ki, yoluxanlarla sağalanların say nisbəti təxminən bərabər olduğuna görə, gələcəkdə rəqəmlər enişə doğru gedəcək:

“Vaksinasiya prosesi, noyabr ayında qeydə alınan rekord yoluxma sayının təkrar olunmasının qarşısını aldı. Bu baxımdan peyvəndlənmə davam etməlidir və bununla yanaşı sanitar-epidemioloji qaydalarla əməl olunmalıdır. İnsanlar peyvənd olundum deyə arxayınlaşmamalıdır”.