• 4 Noyabr 2024
logo
"Twitter" Azərbaycanda ən populyar sosial şəbəkə olub

"Twitter" Azərbaycanda ən populyar sosial şəbəkə olub

2021-ci ilin martında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 33,63 faiz payla birinci yerdə qərarlaşıb

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə 24,26 faiz göstərici ilə “YouTube”, üçüncü yerdə 17,76 faiz göstərici ilə “Instagram” qərarlaşıb.

"Facebook" istifadəçilərinin fəallığı ötən ay 13,33 faizə bərabər olub.

“Pinterest”in payı 9,78 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,62 faiz təşkil edib.