• 16 Avqust 2022
logo
Azərbaycan multikulturalizmi Türkiyə elmi portalında

Azərbaycan multikulturalizmi Türkiyə elmi portalında

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun türk dilində məqaləsi Türkiyə elmi portalında yerləşdirilib. "Türkiye ve Azerbaycan kardesliği: bir millet iki devlet" adlı məqalədə Azərbaycan və Türkiyənin multikulturalizm siyasətindən, çoxmillətli və multikonfessional cəmiyyətlərindən bəhs olunur.

Bu gün etnik və dini müxtəliflik tarixi ənənələrə, ümumbəşəri prinsiplərə sadiq qalan Türkiyə və Azərbaycanın ictimai-siyasi sabitlik və vətəndaş birliyinin əsas prinsiplərindən biri, milli mədəniyyətin ən vacib elementlərindəndir. Azərbaycan multikulturalizminin əsas mahiyyəti haqda məlumat verən R.Həsənov müasir dövrdə bir çox dövlətlər tərəfindən nümunə olaraq qəbul edilən bu davamlı inkişaf modelinin özəlliklərindən də söz açır. Ölkədəki etnik və dini müxtəlifliyin qorunmasına əsaslanan bu siyasətin azərbaycançılıq ideologiyası üzərində qurulması vurğulanır. Bu ideologiyanın tarixinə nəzər salan müəllif, Azərbaycanda vahid bir cəmiyyətdə sülh və bərabərlik içində yaşayan xalqların etnik xüsusiyyətlərini qorunmasını dövlət başçısı İlham Əlyevin dəyərli fikirləri ilə ifadə edir: "Bütün millətlərin, bütün dinlərin nümayəndələrinin vahid bir ailə kimi yaşadıqlarını və yaşayacaqlarını göstəririk. Azərbaycan dövləti onları, maraqlarını, milli hisslərini və ləyaqətlərini qoruyur. Onlar bizim qardaşlarımızdır. Gücümüz birliyimizdədir ”.

Türkiyənin Azərbaycandan daha zəngin etnik və dini müxtəlifliyə malik olduğunu qeyd edən R.Həsənov, bu mürəkkəblikdən insanlar və dinlər arasında mübahisə yaratmaqda maraqlı olan Qərb dövlətlərinin əsrlər boyu həyata keçirdikləri separatçı və missioner fəaliyyətləri haqda da geniş məlumat verir. Məqalədə həmçinin, 2000-ci illərin əvvəllərindən bəzi Qərb ölkələrinin və Ermənistanın Türkiyəyə qarşı daha bir məkrli fəaliyyəti - təxribatçı “Qərbi Ermənistan” planını həyata keçirməyə başlaması; iddialarının bir hissəsi kimi "erməni soyqırımı" adlandırılan bu xəyali "tarixi hadisə"nin tanınması və təbliğinə əsaslanması məsələsinə də xüsusi olaraq toxunulub.

Türkiyənin akademikarastirma.org elmi portalında yerləşdirilən araşdırma yazı “Vətən Müharibəsi” zamanı bir daha sübut olunan Türkiyə - Azərbaycan qardaşlığının bariz nümunələri ilə yekunlaşır.

http://akademikarastirma.org/turkiye-ve-azerbaycan-kardesligi-bir-millet-iki-devlet/?fbclid=IwAR1lcc924j_hELIM_foA0AEuGc9U_fcAo_Z1cbrGBA4kkPLF9I2erKrmMdA