• 29 Noyabr 2020
logo
TƏBİB: Modul tipli xəstəxanaları istənilən vaxt səhra xəstəxanalarına çevirə bilərik

TƏBİB: Modul tipli xəstəxanaları istənilən vaxt səhra xəstəxanalarına çevirə bilərik

“Modul tipli xəstəxanalar pandemiyadan sonra mövcud xəstəxanaların tabeliyinə veriləcək”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, xəstəxanalarda kadr çatışmazlığı yarandıqda, əlavə həkimlər göndərilir: “Modul tipli xəstəxanaları çox asanlıqla başqa yerdə quraşdırmaq mümkündür. Ölkəmiz müharibə şəraitində yaşayır. Bu xəstəxanaları istənilən vaxt səhra xəstəxanalarına çevirə bilərik”.