• 27 İyul 2024
logo
Turşsu sakinlərinə şad xəbər!

Turşsu sakinlərinə şad xəbər!

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonun Turşsu qəsəbəsində olublar.

Baymedia.az xəbər verir ki, qəsəbə barədə media nümayəndələrinə layihə rəhbəri Elnur Abdullayev məlumat verib.

O bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə - 202 nəfər köçürüləcək:

"Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz səviyyəsindən 1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı km-liyində yerləşir. Qəsəbə ərazisində 353 ev tikintisi nəzərdə tutulub. İlkin olaraq 50 ailənin köçürülməsi planlaşdırılır. Oktyabr ayının sonunda 50 ailə üçün nəzərdə tutulan evin tikintisi başa çatacaq. Noyabr ayının əvvələrində isə 50 ailə olmaqla 202 nəfərdən ibarət sakinin köçü planlaşdırılıb. Ailə saylarına, tərkiblərinə uyğun olaraq otaqların bölgü məsələləri həllini tapmışdır. İlkin mərhələdə kənd ərazisində 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evin tikintisi nəzərdə tutulub".