• 11 May 2025
logo
Qərbi Azərbaycan hekalərinin izi ilə

Qərbi Azərbaycan hekalərinin izi ilə


“İslahatçı Qadınlar və İnnovasiayalar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Bir gün evimizə qayıdacayıq” layihəsinə başlayıb. Layihənin əsas məqsədi bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza, Qərbi azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır. Dörd ay müddətində reallaşacaq layihədə öz torpaqlarından zorla qoparılmış soydaşlarımızın keçirdikləri hislər, onlara dəymiş mənəvi ziyan, yaşadıqları qaçqın həyatı barədə hekayələri lentə alınaraq, beynəlxalq ictimaiyyətə erməni zorakılığının təzahürü kimi nümayiş etdiriləcək.
İctimai Birlikdən verilən məlumata görə, hər biri 3 dəqiqədən ibarət olan hekayələrdə erməni vəhşiliyinə məruz qalmış soydaşlarımızın həyat ağrıları, xatirələri yer alacaq: “ Həyat hekayələrindən ibarət olan çəkiliş materiallarlndan ibarət son versiyasinin ictimai təqdimatı oktyabr ayında keçiriləcək”.