• 26 Aprel 2024
logo
“Belə ağır məqamlarda məsələlərə həssaslıqla yanaşmaq lazımdır”

“Belə ağır məqamlarda məsələlərə həssaslıqla yanaşmaq lazımdır”

Xəbər verdiyimiz kimi dünən “Qardaşlığımız əbədidir” QHT koalisiyasının təşəbbüsü ilə bir qrup QHT rəhbəri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı görüşərək, baş verən hadisəyə üzüldüklərini bildirərək başsağlığı veriblər.

Bu barədə Herbiand.az-a açıqlama verən koalisiyanın rəhbəri Emin Həsənli bildirib ki, görüş zamanı Azərbaycanın QHT rəhbərlərindən biri zəlzələdən zərər çəkmiş uşaqlardan birini öz himayəsinə götürüb saxlamaq istədiyini bildirib. Emin Həsənli belə ağır məqamda məsələlərə bir qədər həssas yanaşmağın lazımlı olduğnu vurğulayır:

“Bu gün Türkiyənin ağöır durumudur. Ancaq Türkiyə dövləti kifayət qədər güclü dövlətdir və zəlzələdən zərər görmüş, doğmalarını itirmiş istər uşaqlara, istərsə də böyüklərə qayğı göstərmək üçün yetərincə gücü var. Əlbəttə ki, biz bir qardaş dövlət olaraq hər cürə köməklik göstərməyə hazırıq. Ancaq belə çətin durumda məsələlərə həm də həssaslıqla yanaşmaq lazımdır.

Cənab səfir də QHT rəhbəri tərəfindən səsləndirilən bu fikrə görə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, bu gün Türkiyədə zəlzələ nəticəsində kimsəsiz qalan uşaqlara qayğı göstərmək üçün müvafiq qurumlar var.

Bir daha qeyd edirəm ki, bu gün biz Ulu öndərin dediyi kimi “Bir millət, iki dövlət” olaraq hər cür yardım etməyə hazırıq, ancaq Türkiyənin də bu ağır zamanları arxada qoyacağına əminik. Hörmətli cənab Prezident Ərdoğan da bu gün Azərbaycan jurnalistlərinə bildirib ki, bu yükün altından qalxacağıq”.