• 27 May 2022
logo
QHT sədri TƏBİB-in nəzdində Etik komissiyanın üzvü seçildi

QHT sədri TƏBİB-in nəzdində Etik komissiyanın üzvü seçildi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) "Klinik tədqiqatlar və Biomənimsənilmə/Bioekvivalentlik tədqiqatlar Etik komissiyalarının Əsasnaməsini" və "TƏBİB-in tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutları, mərkəzlər və mərkəzi xəstəxanalarda Etik komissiyaların yaradılması haqqında" əmrinə əsasən 24.11.2021-ci il tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin "Etik komissiyası"nın tərkibinin təsdiq edilməsi ilə bağlı iclas keçirilmişdir.
QHT.az xəbər verir ki, Etik komissiyanın 10 üzvü müəyyən edilib. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının, Pasient Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov Milli Hematologiya və Transfuziologiya Mərkəzində Etik komissiyanın üzvü seçilib.
Qeyd edək ki, İclasda Mərkəzin icraçı direktoru Valeh Hüseynov, TƏBİB-in Elmi-tədqiqatlar və təhsil departamentinin Etik komissiyalarla iş şöbəsinin müdiri Vüsal Yusifov, TƏBİB Elmi Tədqiqat və Təhsil Departamenti Etik komissiyalarla iş şöbəsinin mütəxəssisi Sevda Məmmədzadə və MHTM Etik komissiyasının üzvləri iştriak etmişlər.
Etik komissiyanın sədrinin təyin olunması səsvermə yolu ilə həyata keçirlidi və genetika mütəxəssisi, Dr. Ağa Rza Ağayev MHTM Etik komissiyanın sədri seçildi.