• 19 Aprel 2024
logo
Heydər Əliyev və dünya azərbaycanlıları

Heydər Əliyev və dünya azərbaycanlıları

Ümummilli lider Heydər Əliyev fəaliyyəti dönəmindsə daim xrixdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların Azərbaycan naminə fəaliyyət göstərməsi üçün önəmli addımlar atıb. Məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi qərarı ilə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olundu və hər il bayram kimi qeyd edilməyə başladı. Bu tarix Müstəqil Azərbaycanın xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması üçün ilk addımlardan biri idi və sonradan əlamətdar günlərdən birinə çevrildi.
Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı mütləq orada yaşayan azərbaycanlılarla görüşür, onların fəəaliyyəti, problemləri ilə maraqlanır və Azərbycan naminə çalışmalarının əhəmiyyətini vurğulayırdı.
Heydər Əliyev həmçinin xaricdə təhsil alan tələbələri də unutmur onların təhsilləri ilə maraqlanır, təhsillərini bitirdikdən sonra ölkəyə dönmələrini və ölkə üçün faydalı mütəxəssis olmalarını tövsiyə edirdi.
Ümummilli lider 1994-cü il yanvarın 9-da xaricdə yaşayan azərbaycanlıların bir qrupu ilə görüşdə deyirdi: “Siz özünüz də eşidibsiniz ki, mən bu yaxınlarda Fransaya səfərə getmişdim...
Orada öyrəndik ki, Fransada 400 min erməni yaşayır. Onlar ölkənin həyatına təsir edirlər. Fransa dövlətinin rəhbərləri də etiraf edirlər ki, onlar bizim xalqın bir hissəsidir. Ermənilərin ölkədə böyük vəzifələrdə, biznesdə, informasiya orqanlarında adamları var.
Mən Fransaya gedəndə xahiş etdim ki, orada yaşayan azərbaycanlılar toplaşsın və onlarla görüşüm. Hava limanından birbaşa öz iqamətgahıma gəldim və Fransada ilk görüşüm orada yaşayan azərbaycanlılarla oldu. Az adam toplaşmışdı. Bu o demək deyil ki, Fransada azərbaycanlılar az yaşayır. Xeyr, çox yaşayır. Amma, sizin dediyiniz kimi, pərakəndə, dağınıqdırlar, bir-biri ilə əlaqələri azdır. Siz dediniz ki, Almaniyada ticarətin çoxu azərbaycanlıların əlindədir. Elə Fransada da ticarətin bir hissəsi azərbaycanlıların əlindədir. Amma onlar birləşməyiblər, bəziləri hələ də öz vətənlərini tanımır, öz vətənləri olduğunu dərk etmirlər.
Ona görə də mən belə hesab edirəm ki, siz buraya bir carçı, qaranquş kimi gəlmisiniz. Ölkəmiz yeni əlaqələr qurur. Bu əlaqələr əslində yeni deyil, amma indiyədək qurulmayıb. Biz isə istəyirik ki, onu quraq. Bir halda ki, deyirsiniz Almaniyada çoxlu azərbaycanlı iş adamları var, qoy gəlsinlər; iş adamı da, tacir də, alim də – kim istəyir gəlsin. Gəlsinlər, görsünlər ki, Vətənləri var. Onlar Vətənə nə qədər çox gəlsələr, azərbaycanlıların birliyi, həmrəyliyi də möhkəmlənər”.

29 il öncə qaldırılan günümüzün aktual problemi

Biz həmişə Azərbaycan diasporunun inteqrasiya problemini müzakirə edirdikə, bu gün artıq assimilyasiya problemi aktual mövzuya çevrilib. Dünyanın müxtəlif ölkələrində artıq ikinci nəsil azərbaycanlılar formalaşıb. Onlar orada doğulub, orada təhsil alıblar və dostları əcnəbilərdən ibarətdir. Bu yaxşı hal olsa da təhlükəli tərəfi də var.Yəni düzgün istiqamət olmasa assimilyasiya qaçılmazdır. Belə olan halda isə həmin azərbaycanlıların istedadı, potensialı Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki onlar milli kimliyindən uzaqlaşacaqlar, nəticədə biz, xaricdəki yeni formalaşan gücümüzü itirəcəyik.
Heydər Əliyev bu gün üçün aktual olan məsələni 29 il öncə, 1994-cü il fevralın 23-də Londonda yaşayan azərbaycanlılarla görüşündə qaldırmış və narahatlığını dilə gətirmişdi: “Mən buraya, İngiltərəyə yola düşərkən dedilər ki, Londonda azərbaycanlılar – Böyük Britaniyada yaşayan
azərbaycanlıların bir qismi mənimlə görüş keçirmək istəyir. Çox sevindim. Birincisi, ona görə ki, başqa ölkədə, Avropada olan azərbaycanlılarla görüşmək mənim üçün çox mühüm hadisədir. İkincisi də, düşündüm ki, azərbaycanlılar bir yerə yığışıb, demək, bir-biri ilə əlaqə saxlayıb görüşə bilərlər. Xalqımızın çox gözəl xüsusiyyətləri, ənənələri var, qədim tarixi var. Ancaq qüsurlu cəhətləri də var. O da
bundan ibarətdir ki, bir-birimizlə möhkəm əlaqə saxlaya bilmirik. İnciməsəniz deyə bilərəm ki, düşdüyünüz mühitdə bəziləri əriyib başqalarına qarışır, öz milli mənliyini saxlaya bilmir. Bu, bizim nöqsan cəhətimizdir. Hesab edirəm ki, Azərbaycan müstəqil dövlət olandan sonra, digər ölkələrdə yaşayan azərbaycanlılar özlərinin Azərbaycan kimi bir Ana Vətəni olduğunu dərk edəndən sonra bu çatışmazlıq, bu nöqsan da aradan götürülə bilər...”.

Soydaşlarımıza verilən dəyər

Ümummilli liderin xaricdə yaşayan soydaşlarımıza verdiyi dəyər onun çıxışılarında tam olaraq ifadə olunub. O, 1995-ci il aprelin 17-də Belçikaya səfəri zamanı soydaşlarımızla görüşündə deyirdi: “Belə hesab edirəm ki, siz azərbaycanlılar buraya mənim Brüsselə gəlməyim münasibətilə toplaşmısınız və mənimlə görüşmək istəyirsiniz. Mən bundan çox məmnunam...
İndi dünyanın həyatı elədir ki, hər bir ölkədən nəsə görüb-götürmək, hər bir ölkənin təcrübəsindən nəsə öyrənmək olar. Mən belə deməklə onu əsaslandırmaq istəmirəm ki, siz niyə, məsələn Azərbaycandan, yaxud
Türkiyədən gəlib Avropada – Belçikada, Almaniyada yaşayırsınız. Hərənizin buraya gəlməyinin bir səbəbi var.
Mən bilirəm, Vətən üçün ürəyiniz darıxır. Bu da təbiidir. Amma eyni zamanda, yenə də qeyd edirəm ki, mən gəlib burada, Brüsseldə azərbaycanlılarla görüşəndə özümü yaxşı hiss etdim. Sevindim ki, bizim burada soydaşlarımız, həmvətənlərimiz var. Onlar Azərbaycan haqqında həqiqəti burada, Avropada yaymağa qadirdirlər. Ona görə də
hər birinizin burada Azərbaycanın xeyrinə, yəni Azərbaycanın müstəqilliyi naminə, bugünkü və gələcək həyatı
naminə gördüyünüz bütün işlər ölkəmiz üçün qiymətlidir.
Şübhəsiz ki, hər bir insan öz Vətəninə, millətinə, dininə, dilinə nə qədər bağlı olursa, mənəviyyatca da bir o qədər yüksək olur. Mən güman edirəm ki, siz Avropada yaşasanız da, Vətəninizə bağlısınız,
ata-babalarınızın, ulu babalarınızın ruhuna, onların verdikləri nəsihətlərə bağlısınız. Kimin harada yaşamasından, işləməsindən asılı olmayaraq, o, Azərbaycanı unutmur, Vətəni yad edir, təbliğ edir.
Bir müstəqil dövlət kimi Azərbaycanın indi Avropada da, Asiyada da, Amerikada da təbliğ olunmağa çox ehtiyacı var. Bu sahədə Avropanın müxtəlif dövlətlərində yaşayan və müxtəlif cəmiyyətlərdə birləşən
soydaşlarımız böyük və səmərəli iş görə bilərlər...”.

Dünya Azərbaycanlılarının Qurultayının əhəmiyyəti

Bəllidir ki, dünya azərbaycanlılarının qurultayları Azərbaycan diapsorunun inkişafını şərltəndirən əsas amillərdən biridir. Qurultaya dünyanın müxtəlif ölkələrindən soydaşlarımız qatılırlar. Burada mzakirlər gedir, eyni zamanda soydaşlarımız arasında əlaqələr yaranır və möhkəmlənir, həmçinin yeni ideyalar ortaya çıxır. Bu baxımdan ümummilli liderin təşəbbüsü ilə əsası qoyulan dünya azərbaycanlılarının qurultayları çox önəmlidir
2001-ci il noyabrın 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayında ümummilli lider deyidi: “Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya
azərbaycanlılarının həyatında tarixi hadisədir. Bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycan icmalarının
nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışlar və özlərinin I qurultayını
keçirirlər. ...
Biz, Azərbaycanda yaşayan azərbaycanlılar öz həmvətənlərimiz haqqında daim düşünmüşük. Uzun illər Sovetlər İttifaqı kimi böyük bir super dövlətin tərkibində ikən xaricdəki soydaşlarımızla, həmvətənlərimizlə əlaqə saxlamaq mümkün olmadığı halda, biz daim düşünmüşük ki, müxtəlif ölkələrdə azərbaycanlılar necə yaşayırlar,
nə edirlər və məhdud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çalışmışıq. Biz indi böyük məmnuniyyətlə qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində - Avropada, Şimali
Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Son illər bu icmalar get-gedə təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Son illər bu proses sürətlə gedir.
Azərbaycanın varlığı bu həmrəyliyin inkişafının əsasını təşkil edir.
Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı,
azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli
mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şerlərimiz, mahnılarımız, xalqımıza mənsub olan
adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni
zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz millimənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim
hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması deməkdir.
Bizim bu qurultayı keçirməkdə məqsədimiz məhz bundan ibarət olmuşdur. Güman edirəm ki, qurultay nümayəndələri, dünyanın bir çox uzaq ölkələrindən Azərbaycana, doğma Vətənə gəlmiş soydaşlarımız burada, qurultay günlərində bir-biri ilə daha da sıx ünsiyyətdə olacaqlar, bir-birini anlamağa çalışacaqlar, müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formalaşmasında daha fəal iştirak edəcəklər və Azərbaycan ilə dünyada, digər ölkələrdə olan azərbaycanlıların əlaqələrini möhkəmləndirəcəklər...”.

Əli Zülfüqaroğlu