• 20 Aprel 2024
logo
Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və diaspor quruculuğu

Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və diaspor quruculuğu

Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir. Bu gün Azərbaycançılıq ideyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib.
Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Xalq Cəbhəsi”nə bildirib ki, ümummilli lider Heydər Əliyev bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir: “Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına həssaslıqla yanaşıb. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirib. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan edib. Ulu öndər öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə alıb. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də ulu öndərimizin təməlini qoyduğu siyasəti bu gün də uğurla davam etdirən Azərbaycan hakimiyyəti 15 il ərzində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə ardıcıl siyasət yeridib”.
F.Hüseynzadə əlavə edib ki, Azərbaycanda 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününün bayram kimi qeyd olunması ümumi milli diasporun formalaşmasında, Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olub. Bu günün tarixi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı və bilavasitə bu işlərin təşəbbüskarı və həmin tarixi qərara imza atmış şəxs - Heydər Əliyevin adı ilə bağlıdır: “Bəlkə də məhz bu hal xaricdə yaşayan soydaşlarımız tərəfindən Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü işlərə diqqəti artırıb, Azərbaycan dövlətinin varlığına və gələcəyinə inam və ümidlər yaradıb, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olub.
Diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirməkdən ibarətdir. Ulu öndər hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib, müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində Azərbaycan diasrorunun nümayəndələri ilə görüşlər keçirib. Onların problem və qayğılarına daim böyük həssaslıqla yanaşıb. Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb edib, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirib. 1996-cı ildən başlayaraq ölkəmizdə aparılan islahatlar nəticəsində ictimai-siyasi sabitliyin bərqərar olması, bazar iqtisadiyyatının əsaslarının formalaşması, hüquqi dövlət quruculuğunun uğurla davam etməsi kimi mühüm proseslər dünyanın müxtəlif bölgələrinə səpələnmiş soydaşlarımızın diqqət mərkəzində olub, onlarda qürur və Vətənin işıqlı gələcəyinə ümid hisslərini artırıb. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azəbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edib. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləyib. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir. Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Dövlət komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz paytaxtlarına gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq oldu...”.
F.Hüseybzadə diqqətə çatdırıb ki, Ulu öndərin yorulmaz əməyinin nəticəsidir ki, həmin təşkilatlar bu gün problemsiz olaraq müxtəlif ölkələrdə fəaliyyət göstərirlər: “Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında" 8 fevral 2006-cı il tarixli sərəncamında vurğulanıb ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Prezident İham Əliyev hər zaman bildirib ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir. Ölkə Prezidentinin sərəncamı əsasında keçirilən II qurultayda xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğıları bir daha nəzərdən keçirilib. Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə edilib.
Sonrakı qurultaylarda da diasporun inkişafı üçün mühüm konsepsiyalar hazırlanıb.
Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir. Ölkə başçısı bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onları vahid məqsəd və ideyalar ətrafında birləşdirməyə çalışır. Dövlət başçısının qısa zamanda bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı türk dünyasının konsolidasiya və əməkdaşlıq mərkəzlərindən birinə çevirmək üçün əzmkar fəaliyyət göstərdiyinin əyani təsdiqidir.
Bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti Prezident İlham Əliyevin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə verdiyi xüsusi önəmin göstəricisidir.
Dövlət Başçısı Dünya Azərbaycanlılarının şuşada keçirilən Zəfər Qurultayında çox önəmli vəzifələrə toxundu və diaspor təşkilatlarına tövsiyələr verdi, onları fəal olmağa çağırdı və qarşılarına konkret vəzifələr qoydu. Hesab edirəm ki, diaspor təşkilatları bu tövsiyə və tapşırıqlara məsuliyyətlə yanaşmalı və Azərbaycanın haqq səsinin dəstəklənməsini, xarici siyasətimizə dəstək verməyi bacarmalıdır”.

Əli