• 19 Oktyabr 2020
logo
Parlament seçkiləri ilə bağlı YAP-ın fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Parlament seçkiləri ilə bağlı YAP-ın fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Partiyanın Mərkəzi Seçki Komissiyasına verdiyi maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.