• 22 Oktyabr 2021
logo
Şahidovun “hüquqi məntiqi”

Şahidovun “hüquqi məntiqi”

Yaxud “Samir” romanı hansı dəyərləri təbliğ edir?

Qax rayonundan redaksiyamıza daxil olan məktub olmasaydı, Əhməd Şahidov adlı keçmiş deputat köməkçisinin nə zamansa bədii əsər yazdığını xatırlamayacaqdıq. Sən demə yazıbmış, həm də... cəmiyyətimizdə qəbul olunmayan, ayrı-ayrı beynəlxalq təşkilatların klassik ailə institutlarını dağıtmaq, mənəvi dəyərləri məhv etmək məqsədilə ictimai rəyə zorla sırıdığı mövzuda...
Beləliklə, Qax rayonunda yaşayan həmvətənlərimizdən birinin, oxucumuzun öz məktubunda təqdim etdiyi faktları araşdırmaq üçün Şahidovun “Samir” adlı, müəllifin “roman” adlandırdığı, amma bədii ədəbiyyatın klassik janrlarından heç biri ilə uzlaşmayan, söz yığınından, söyüş və təhqirlərdən, homoseksuallığın “quruya çıxarılması” missiyasından ibarət kitabı almaq məcburiyyətində qaldıq.
Bir homoseksualın “kəşmekeşli”, “əzablarla dolu” həyat yolundan bəhs edən kitabın “Samir ilk dəfə bir kişinin qarşısında soyunda” başlığı ilə təqdim edilən hissəsinə çatanda, müəllifin bir cinsi azlığın “əzabkeş “ obrazını yaratmaq üçün nə üçün təxminən 144 səhifəlik “yol” qət etməsinin etdiyinin səbəbini anlaya bildik.
Əhməd Şahidovun “Samir” “roman”ından iqtibas: “Əsasən viski içən Samir artıq özünü unutduğunu hiss edirdi və bu gecə bütün suallara cavab tapmalı idi. Homoseksual olub-olmadığını, kişilərə marağının ürəkdən gəlib-gəlmədiyini və bir kişi ilə cinsi əlaqədə olmağın ona ləzzət verib-vermədiyini dəqiqləşdirəcəkdi özü üçün. Heç nədən qorxmurdu, olduğu kimi görünmək istəyirdi... Ya özünün homoseksual olmadığını sübut edəcək, ya da homoseksual olduğunu öyrənib, ömrünün sonuna qədər bu cür həyat tərzi sürəcək və olduğu kimi insanlara təqdim edəcəkdi özünü. Heç kimdən qorxmadan, çəkinmədən, heç kimə hesabat vermədən şəxsi həyatını yaşayacaqdı”.
Əslində Şahidovun kitabının əsas leytmotivi təqdim etdiyimiz iqtibasdakı cümlələrdə gizlənib. Nəyi təbliğ edir, nə demək istəyir Əhməd? Demək istəyir ki, homoseksuallar klassik ailə instututlarına, cəmiyyətin birgəyaşayış qaydalarına meydan oxumalı, hər yerdə öz cinsi orientasiyalarını gözə soxmalı, kimsədən çəkinməməli, olduğu kimi görünməlidirlər...
Demək istəyir ki, hər hansı bir şəxs “homoseksual olub-olmadığını, kişilərə marağının ürəkdən gəlib-gəlmədiyini və bir kişi ilə cinsi əlaqədə olmağın ona ləzzət verib-vermədiyini dəqiqləşdirmək üçün” eksperiment apara bilər. Burada heç bir problem yoxdur. Əgər özünlə bağlı bütün həqiqətləri üzə çıxarmaq istəyirsənsə, buyur, çəkinmə, qorxma, əxlaqsızlığın dibinə baş vur, alınsa, deməli homoseksualsan, alınmasa isə yoluna “kişi” kimi davam edə bilərsən...
Kitabda diqqət çəkən başqa bir məqam isə müəllifin öz “qəhrəmanının” dili ilə homoseksuallığa dolayısıyla haqq qazandırmaq niyyətidir.
İqtibas: “Guya hansı insanın günahı yoxdur ki?! Hamımız ağ vərəq kimi dünyaya gəlsək də, yaşaya-yaşaya nə qədər günaha batırıq. Kimsə adam öldürür, kimsə adam oğurlayır, kimsə yetimin payını yeyir, kimsə rüşvət alır, kimsə yalan danışır. Bütün bu günahların heç biri heç də homoseksuallıqdan geri qalmır təhlükəlilik dərəcəsinə görə...”
Təqdim etdiyimiz bu iqtibasdakı “adam öldürmək”, “oğurlamaq”, “rüşvət almaq” kimi sözlər müqayisənin metoforik gücünün artırılmasına xidmət edən əllaməçilikdən başqa bir şey deyil və homoseksuallığa haqq qazandırılmasının mümkün qədər yumşaldılmasına, qıcıq yaratmamasına xidmət edir. Əslində, Şahidovun sadaladığı cinayət əməlləriylə homoseksuallığın müqayisəsi o qədər qüsurludur ki, müəllifin sağlam mühakimə yürütmək qabiliyyətinin olduğuna belə şübhə yaradır.
Homoseksuallıq qanunla təqib olunmaya bilər, amma bu təqdir ediləsi, yaxud “yalan danışmaq”la müqayisə olunası bir əməl deyil. Homoseksuallığın təbliği mənəvi cinayətdir, cünki cəmiyyətdəki birgəyaşayış qaydalarını, insanı İNSAN edən dəyərləri sarsıdır, əxlaqsızlığı adiləşdirir və onu “olduğun kimi görünmək” libası ilə bəzəyərək insanların şüuruna yeridir.
Əhməd Şahidovun kitabındakı ən təhlükəli məqamlardan biri, millət vəkili olmaq iddiasına düşən bir şəxsin qanunlara olan münasibətidir.
İqtibas:
“Əsas cəza bu dünyada deyil, biz insanların özümüz üçün uydurduğumuz qanunların bizə kəsdiyi cəza əsas deyil”.
Göründüyü kimi, parlamentdə təmsil olunmaq iddiası ilə çıxış edən Əhməd Şahidov parlamentin qəbul etdiyi qanunların “uydurulduğunu” deyir, bu “qanunların kəsdiyi cəzanın əsas olmadığını” bildirir və dolayısıyla dövlətin dünyəvi quruluşuna, qanunlarla idarə olunan hüquqi dövlət anlayışına qarşı çıxır. Və bütün bunlardan sonra isə “qanun uyduran” parlamentdə təmsil olunmaq üçün bütün ənənəvi və qeyri-ənənəvi vasitələrdən istifadə etməyə cəhd göstərir.
Belə... Son söz yenə də oxucunundu...

BayMedia Analitik Qrupu