• 27 İyun 2022
logo
“Qarabağda görülən bərpa işləri həm də Zəngəzur dəhlizi ilə bağlı pozitiv gələcək vəd edir”

“Qarabağda görülən bərpa işləri həm də Zəngəzur dəhlizi ilə bağlı pozitiv gələcək vəd edir” -Turan Rzayev

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın növbəti dəfə işğaldan azad edilən ərazilərə səfəri baş tutub. Ölkə başçısı və birinci xanım bu dəfə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında görülən yenidənqurma işləri, pilot layihələr, həmçinin yekunlaşan yaşayış məskənləri təqdim edilib. Ümumiyyətlə ölkə başçısının və birinci xanımın tez-tez işğaldan azad edilən əraziləmizə səfərlər təşkil etməsi bərpa prosesinin qısa zamanda yekunlaşması baxımından vacibdir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, cənab Prezident Qarabağa hər səfərində mütləq yeni açılışlar edir, təmir edilən və ya yenidən qurulan binalar ilə tanış olur: “Hesab edirəm işğaldan azad edilən ərazilərdə bərpa işlərinin tez və qısa zamanda görülməsinin əsas səbəbi məhz bütün işlərin Azərbaycan Prezidentinin nəzarəti altında, mərkəzləşdirilmiş qaydada, sürətlə və ən müasir texnologiyalar əsasında aparılmasıdır. Cənab prezident bu istiqamətdə xaricdən gətirilən texnologiyaların tətbiq edilməsində müstəsna xidmətlərə malikdir.
İşğaldan azad edilən ərazilərdə son 1 ildən bir qədər artıq müddətdə görülən işlərin ümumi təhlilini apardıqda görmək olur ki, 27 illik işğalın izləri tədricən aradan qaldırılır. Xüsusilə Füzuli, Cəbrayıl və Zəngilan rayonları işğaldan ən çox zərər çəkən ərazilərdir. Bu ərazilərdə nəinki infrastruktur, yaşayış məskənləri, təbiət flora və faunaya da ciddi zərər dəyib. Ermənilər təkcə bu ərazilərdə yaşayan insanlara deyil, 27 illik işğal müddətində təbiətə qarşı da terror edib”.
Ekspert əlavə edib ki, bu gün işğaldan azad edilən ərazilərdə həm də nəqliyyat-kommunikasiya işləri görülür: “Xüsusilə bu istiqamətdə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolu diqqət çəkir. Məsələ ondadır ki, bu yollar hər işğaldan azad edilən ərazilər ilə ölkənin digər bölgələrinin əlaqəsini, həm də Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından əhəmiyyətlidir. Cənab Prezident Qarabağda avtomobil yollarının tikintisini Zəngəzur dəhlizi ilə paralel aparır. Yəni, dolayı yolla Zəngəzur dəhlizinin gec-tez açılmasına hazırlıq işləri də görülür.
Zəngəzur dəhlizi indiki məqamda ölkə başçısı üçün əsas prioritetdir. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin predmeti olmayıb və məhz cənab Prezidentin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatına salınıb. Bu gün də dəhlizin reallaşması istiqamətində əsaslı işlər görülür.
Zəngəzur dəhlizini təkcə bu günün deyil gələcəyin layihəsidir. Bu dəhliz Çinin muasir böyük ipək yolu olan bir kəmər bir yol layihəsinin şah damarı hesab edilir. Dəhlizin reallaşması dünya quru yollarının Azərbaycanda kəsişməsinə ölkəmizin nəqliyyat yollarının keçdiyi tranzit ölkə halına gətirir. Bu həm də ölkə büdcəsinə əlavə gəlirlərin gəlməsi baxımından mühüm hadisədir. Bu mənada Qarabağda görülən bərpa işləri həm də Zəngəzur dəhlizi ilə bağlı pozitiv gələcək vəd edir”.

Əli