• 21 May 2022
logo
Niderland səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı optimistdir

Niderland səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı optimistdir

Mən hazırda Cənubi Qafqazda sülh, normallaşma prosesi ilə bağlı irəliləyişlər barədə optimistəm.
Bunu Niderlandın Azərbaycandakı səfiri Paulin Eizeman bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualına cavab olaraq bildirib.
O deyib ki, Avropa İttifaqı (Aİ) bu prosesdə fəaldır.
Diplomat Aİ Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə keçirdiyi görüşləri xatırladıb.
Səfir vurğulayıb ki, 6 apreldə Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin görüşü uğurlu və səmərəli olub.
“Müəyyən razılaşmalar əldə olundu, görüşdən sonra xarici işlər nazirlərinin telefon danışıqları baş tutdu. Təbii ki belə birbaşa təmaslar vacibdir və önəmlidir. Xalqlar arasında münasibətlərə toxunaraq qeyd etmək istəyirəm ki, bu vacibdir. Avropa İttifaqı bu prosesə dəstək verə bilər”, - Paulin Eizeman qeyd edib.