• 28 May 2022
logo
Rusiya XİN: Hazırda “3+3” Regional Platformasının ikinci iclasına hazırlıq gedir

Rusiya XİN: Hazırda “3+3” Regional Platformasının ikinci iclasına hazırlıq gedir

Hazırda 3+3 Məşvərətçi Regional Platformasının ikinci iclasına hazırlıq gedir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü MDB ölkələri Departamentinin rəhbəri Denis Qonçar bildirib. Onun sözlərinə görə, iclasın keçiriləcəyi məkan və tarix açıqlanacaq.
“Biz Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlığın inkişafı üçün “3+3”-ün fəal şəkildə cəlb olunmasını düzgün hesab edirik. Belə əməkdaşlığın məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən, əksinə, qarşılıqlı etimadın artmasına töhfə verən məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur. Söhbət regional çağırışların və regionun öz problemlərinin həlli yollarının axtarışından gedir.
Prioritet istiqamətlər sırasında ticarət, energetika, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsidir. Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında əməkdaşlıq üçün əlavə imkanlar regionun tranzit potensialının üzə çıxarılması, Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası, multimodal daşımaların təşkili ilə bağlıdır. Digər mühüm istiqamətlərdən biri mədəni-humanitar sahədə əməkdaşlıqdır”,- deyə Rusiyalı diplomat vurğulayıb.
Qonçar “3+3”-ün qapılarının Gürcüstan üçün açıq qaldığını da söyləyib: “Əminəm ki, təyin olunmuş “3+3” gündəliyi Gürcüstanın maraqlarına tam cavab verir və hansı ki, onun üçün qapılar bütün iştirakçı ölkələrin ümumi razılığı ilə açıq qalır”.