• 27 Aprel 2024
logo
Səfir: "İndiyədək 14 Rusiya şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün müraciət edib"

Səfir: "İndiyədək 14 Rusiya şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün müraciət edib"

“Ötən il Rusiyadan iki biznes missiya Azərbaycana səfər edib. Keçirilən biznes forumlarda iqtisadi sahədə əməkdaşlıq müzakirə olunub ki, bura Qarabağda fəaliyyət də daxildir”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, indiyədək 14 Rusiya şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün müraciət edib: “Bu sahələrə kənd təsərrüfatı, tikinti materialları, dəmiryolu xətti, enerji obyektlərinin tikilməsi daxildir. Lakin bu şirkətlərin neçəsinin müraciətinin qəbul olunacağı hələ bəlli deyil”.