Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”