• 28 Sentyabr 2022
logo
Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib

Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Batumidə binanın çökməsi nəticəsində 8 nəfər ölüb. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri hadisə ilə əlaqədar 3 nəfərin saxlanıldığını, daha 3 nəfərin isə axtarışlarının davam etdirildiyini açıqlayıb.