• 3 Dekabr 2020
logo
Bakıda Sergey Lebedevin sədrliyi ilə keçiriləcək MDB üzv dövlətlərin Müdafiə Nazirləri Şurası iclasının proqramı açıqlanıb

Bakıda Sergey Lebedevin sədrliyi ilə keçiriləcək MDB üzv dövlətlərin Müdafiə Nazirləri Şurası iclasının proqramı açıqlanıb

Sabah Bakıda Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin sədrliyi ilə MDB üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Trend bu barədə MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcək.

Həmçinin, iclasda "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə ediləcək, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.

Bundan başqa, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.