• 21 Yanvar 2022
logo
“Rusiya bilərəkdən regionda vəziyyəti gərginləşdirməyə çalışır”

“Rusiya bilərəkdən regionda vəziyyəti gərginləşdirməyə çalışır” - politoloq

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinə toxunaraq bəzi məsələlərə aydınlıq gətirib. Zaxarova açıqlamasında bəzi qaranlıq, həm də təccüblü olmayan fikirlər səsləndirib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Zaxarova bildirib ki, “Ümumilikdə, həm Bakıda, həm də İrəvanda bizim ölkəmizin və Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Sülhməramlılarımız sayəsində bölgədə vəziyyət xeyli yaxşılaşıb və sakit olaraq qalır". Burada sual yaranır ki, görəsən Zaxarova KİV-ləri izlamirmi? Demək olar ki, hərgün mütəmadi olaraq Ermənistan tərəfi rus "sülhməranlıları"nın müvəqqəti yerləşdiyi Qarabağda atəşkəsi pozur və həmin "sülhməramlılar" ermənilərin xətrinə dəymək niyyətində görünmürlər: “Zaxarovanın yenə də söyləyir ki, "Təbii ki, biz bu mövqeyimizi həm Bakı, həm də İrəvanın diqqətinə ən ali və yüksək səviyyələrdə çatdırırıq. Biz hər iki tərəfi humanitar sahədə qarşılıqlı qıcıq doğuran məsələləri aradan qaldırmağa, hərbi əsirləri "hamını-hamıya" prinsipi əsasında, minalanmış sahələrin xəritələrini tam həcmdə dəyişdirməyə çağırırıq". Zaxarovanın əsirlər barədə söylədiyi fikirləri toxunarkən I Qarabağ savaşı zamanı Azərbaycan tərəfindən əsir düşmüş şəxsləri də bu prinsipə daxil edirmi? Və yaxud da Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Bakının Rusiyanın Ermənistana silah satmayacağına ümid etməsi barədə bəyanatına fikir bildirən Mariya Zaxarova öz çıxışında belə münasibət bildirdi: “Biz bu barədə çox oxuyuruq və eşidirik, lakin diqqəti ona çəkmək istərdik ki, bu cür əlaqələr həm Ermənistan, həm də Azərbaycanla çoxdan mövcuddur. Eyni zamanda biz bölgədə güc nisbətinin qorunub saxlanmasının vacibliyini də nəzərə alırıq”.
Zaxarovanın fikirlərindən belə qənaətə gəlmək olar ki, Rusiya bilərəkdən regionda vəziyyəti gərginləşdirməyə çalışır. Bu Rusiya tərəfindən atılan ilk addım deyil və son addım olduğunu da düşünmək çətin məsələdir”.

Əli