ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşün iyunun 15-16-da Cenevrədə keçiriləcəyi gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı Bayden administrasiyasındakı mənbəyə istinadən yazıb.
“Administrasiya rəsmiləri bildiriblər ki, uzun müddətdir davam edən müzakirələrdən sonra Cenevrə iyunun 15-16-da ABŞ Prezidenti Co Baydenin Rusiya dövlət başçısı Vladimir Putinlə görüşünə ev sahibi edəcək şəhər kimi seçilib”, - deyə CNN telekanalının məlumatında bildirilib.