• 8 Dekabr 2021
logo
Litva ilə ikitərəfli və çoxtərəfli münasibətlər inkişaf etdiriləcək - Nazir

Litva ilə ikitərəfli və çoxtərəfli münasibətlər inkişaf etdiriləcək - Nazir

Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə həm təkbətək, həm geniş tərkibdə görüş keçirdik. İkitərəfli və çoxtərəfli münasibələrin inkişaf etdirilməsi vurğulanıb və təsdiq edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, görüş zamanı ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulandı: “Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı xüsusi vurğulanıb.
Baxmayaraq ki, iki ölkə arasında yaxşı əməkdaşlıq var, hesab edirik ki, potensial daha da böyükdür. Xüsusi olaraq kənd təsərrüfatı, qida sənayesi, alternativ enerji və digər sahələrə diqqət yemtirilməsinin vacibliyi vurğulandı. İndiyə qədər ölkələrimiz arasında 39 sənəd imzalanıb və hazırda baxılmaqda olan 12 sənəd mövcuddur, yaxın zamanlarda onların yekunlaşdırılması üzrə səylərimizi birləşdirməliyik”.