“İşğaldan azad olunmuş ərazilərin minalarla çirklənməsinin miqyası çox böyükdür”.
APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda çıxışı zamanı deyib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişib.
“Azərbaycan minalardan azad regiona qədəm qoymaq istəyir. Azərbaycan Ottava və digər konvensiyaları dəstəkləməyə davam edir”, - deyə o vurğulayıb.