• 28 Mart 2024
logo
Müdafiə Nazirliyi şəhidlərlə bağlı yeni məlumat yaydı

Müdafiə Nazirliyi şəhidlərlə bağlı yeni məlumat yaydı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Bu barədə Big.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!