• 12 Avqust 2022
logo
Milli Məclisdə bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib

Milli Məclisdə bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında 4 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihələri deputatların müzakirəsindən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İkinci oxunuşda qəbul edilən qanun layihələri aşağıdakılardır:

- “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

- “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.