• 20 Avqust 2022
logo
Türkiyə niyə Azərbaycana bu qədər yaxındır?

Türkiyə niyə Azərbaycana bu qədər yaxındır?

Azərbaycan və Türkiyənin inanılmaz yaxınılığı, dünya liderləri tərəfindən “anlaşılmaz” olaraq izah edilir.
Dünyadakı beynəlxalq münasibətlər belə təsvir edilir: "Beynəlxalq münasibətlərdə dostluq yoxdur, ölkələrin maraqları var ..."
Bəli, bu tərif bütün dünyaya şamil edilə bilər, ancaq Türkiyə və Azərbaycana aid deyil.
Çünki Türkiyə ilə Azərbaycanın münasibətləri dostluq ılaqılərindən də öndədir. Ölkənin maraqları müzakirə mövzusu deyil. Burada Qərbin anlamayacağı bir əlaqə var. Qərb ölkələrində ailə anlayışı və ailə dəyərləri türklərdə olduğu kimi deyil. Türklərdə ailə anlayışı hər şeydən üstündür. Türklər üçün ilk növbədə vətən, bayraq və ailə çox önəmlidir. Ailədə ana və atadan sonra qardaş gəlir.

“Qardaş qardaşa borc verməz Paşam...”

Milli Mübarizənin xarici mənbələrini tədqiq edən araşdırmaçılar nədənsə Azərbaycan, Özbəkistan və Pakistanın yardımlarını görməzlikdən gəliblər. Bunlar “Sovet Rusiyası yardımları” adı altında belə qeyd edilməyib. Dövrün Ankara qəzetləri araşdırıldıqda, hələ İstiqlal Müharibəsi başlamazdan əvvəl Sovet İttifaqının təzyiqi altında olan Buxara (Özbəkistan) hökuməti və Bakı Hökumətinin (Azərbaycan) Türkiyəyə ciddi kömək göstərdiyi qeyd olunur.
Hətta Azərbaycanda “Türkiyə Milli Müstəqillik Hərəkatına Yardım Fondu” yaradılıb və bu birbaşa xalqın yardımı ilə həyata keçirilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda inqilab şurasının başçısı Nəriman Nərimanovun siyasətində, Türkiyə-Rusiya-Azərbaycan strateji baxımdan əhəmiyyətli bir mövqeyə gəldi. Nərimanov Mustafa Kamal Türkiyəsi ilə müsbət əlaqələr quraraq bunu Sovet İttifaqı ilə əlaqələndirməktəydid
Nərimanovun Azərbaycan hokumətinin rəhbəri olaraq ilk icraatlarından biri, Azərbaycan hökumətinin Türkiyəyə-Mustafa Kamala müraciət etmək olub. Göndərdiyi məktubda iki xalq arasındakı münasibəti “qardaş silahı ilə silahlanmaq” kimi qiymətləndirirdi.
17 sentyabr 1921-ci ildə Bakıda xüsusi “Qızılay” yardımlaşma fəaliyyəti nəticəsində əldə edilən bütün gəlir Türkiyəyə göndərildi.
İki dövlət arasındakı münasibətləri tənzimləmək üçün Bakı və Ankarada qarşılıqlı nümayəndəliklər açıldı. Azərbaycan Ankara xüsusi nümayəndəsi İbrahim Əbilov 22 oktyabr 1921-ci ildə Mustafa Kamal Paşaya şəxsən etimadnaməsini təqdim etdi. Azərbaycanın Ankarada açılan səfirliyində bayraq qaldırılarkən Mustafa Kamal Paşa çıxışında “Səfir Həzrətləri; Türkiyə bayrağının yanında Azərbaycan bayrağının, Türkiyə səmalarında dalğalandığını görmək bütün millətimiz üçün böyük bir bayramdır. Bizə belə bir bayram yaşatdığınız üçün bir daha səmimi təşəkkürümü bildirmək istəyirəm”, - deyə bildirib.
“Hakimiyyət-i Milliye” qəzetinin 31 oktyabr 1921-ci il tarixli sayında isə belə yazılırdı: “Dünya müharibəsində ən çox sevərək tökdüyümüz qan, Azərbaycanın müstəqilliyi üçün axan Türk qanıdır”.
Nərimanov, "Mustafa Kamal Paşanın liderliyi ilə qurulan Türkiyə Cümhuriyyəti bizim dostumuzdur və üstəlik, qardaşımızdır...”, - deyə bəyanat verir və “Bütün dünya ilə müharibə baş versə belə, Azərbaycan Türkiyə ilə müttəfiq olacaq...”, deyərək - qarşılıqlı etimadın əhəmiyyətindən bəhs edirdi.
10 aprel 1922-ci ildə Nərimanov Moskvaya göndərdiyi bir məktubda “bütün vasitələrlə Ankara hökumətinə yardım etmək lazımdır ki, onlar öz milli müstəqillik mücadilələrini sona çatdırsınlar. Əgər bunun üçün lazımi imkanlarımız yoxdursa, Azərbaycan xalqı olaraq cəbhədə döyüşüb qardaşımızın yanında olacağıq...”, - deyirdi.
Bəkir Sami bəyin rəhbərlik etdiyi nümayəndə heyəti razılığa gəlmək üçün əvvəlcə Bakıya, daha sonra Moskvaya gedirdi.
Türkiyə-Sovet Rusiyas diplomatiyasının icra yolu Bakıdan keçirdi. Bu siyasi əməkdaşlığın təşkil edilməsində Nərimanov, Azərbaycana aid olmayan məsələlərində də yardımçı olurdu.
Mustafa Kamal Paşa Nəriman Nərimanova bir məktub göndərdi və borc istədi. Məktubu 17 Mart 1921-ci ildə Türkiyənin Bakıdakı səfiri Mamdouh Şevket bəy Narimanova çatdırdı. Bəzi nazirlərin etirazına baxmayaraq Nərimanov Mustafa Kamal Paşanın xahişini səmimiyyətlə qarşıladı və lazım olanı etdi.
Nərimanov, 23 Mart 1921-ci ildə Atatürkə yazdığı cavab məktubunda, bir birinin ardınca qazanılan savaşlar ilə Türk xalqının imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə də bu nailiyyətləri əldə edən Türkiyə Böyük Millət Məclisi Hökumətini, onun başqanını və qəhraman Türk ordusunu təbrik etdi. Bundan sonra, “Paşam, Türk millətində bir ənənə var; qardaş qardaşlara borc verməz, hər durumda qardaşın əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacağıq, həmişə və hər şərtdə bir birimizin əlindən tutacağıq və tutmağa davam edəcəyik. Bu gün etdiyimiz bir qardaşın etdiyindən başqa bir şey deyil”, - deyə bildirir.
Dərhal mövcud olan 500 kiloqram qızıl Bakıdan Tiflis üzərindən keçərək Batumiyə, buradan Sovet gəmiləri ilə İneboluya gətirildi və Ankaraya çatdırıldı. TBMM Hökuməti bu qızılın 200 kiloqramını dövlət büdcəsinə ayırdı. Qalanını silah və sursat almaq üçün istifadə etdi.
23 Mart 1921-ci ildə Bakı Hökuməti 30 vaqon dizel, 2 vaqon benzin, 8 vaqon kerosin; 2 May 1921-ci ildə isə 62 vaqon nefti yenə də Tiflis və Batum üzərindən Türkiyəyə göndərildi. 1921-ci ilin aprelin 2-də Azərbaycan xalqı Bakıdakı Türk təmsilçiliyinə 1 milyon qızıl rubl bağışladı.
Həmin ilin may ayında Azərbaycan Xarici İşlər Komissarı M.D. Hüseynov, Türkiyəyə göndərdiyi bir teleqramda “Bundan sonra Azərbaycan Hökuməti qardaş Türk xalqına qurtuluş müharibəsi müddətində vətəni uğrunda həyatlarını itirmiş əsgərlərin yetim uşaqların yaşayacaqları sığınacaqlar üçün hər ay 62 vaqon neft və 3 vaqon benzin göndərəcəyinə söz verir”, - deyə yazırdı.
Azərbaycan Nəriman Nerimanovun başçılığı dövrdə bu sözünə sona qədər sadiq qaldı. Bu öhdəlik xaricində Azərbaycan 1922-ci ildə Batumdan doqquz min tondan çox qaz yağı n və 350 ton benzin göndərdi.
Bundan başqa Ayrıca Özbəkistanın Buxara Hökuməti tərəfindən Türkiyəyə yardım olaraq göndərilən və sovüetlərə verilən qızıl, silah və sursatın olaraq Türkiyəyə çatdırılmasında Nəriman Nərimanovun önəmli rolu olub.
Azərbaycandan könüllü döyüşçülər gəlib türk ordusuna qoşuldu və bu əsgərlər arasında türk ordusunda general rütbəsinə qədər yüksələn zabitlər oldu.
Sonda qələbə ilk növbədə Anadolunun igid övladlarının və Türk Dünyasının səmimi və qarşılıqsız töhfələri ilə əldə edildi. İndi anladınızmı Türkiyə ilə Azərbaycan arasındakı qan bağını?
Nəhayət Azərbaycan deməkTürkiyə deməkdir. Türkiyə demək də Azərbaycan deməkdir. Bu qardaşlığı beynəlxalq münasibətlərdə izah etmək mümkün deyil. Xüsusilə ailə və qardaş anlayışı zəif olan Qərb bunu heç vaxt anlaya bilməyəcək.
Bu dövlətu qurarkən 100 il əvvəl Türkiyənin yanında yer alan qardaşlarımızın indi vətənlərini qurtarmaq üçün apardığı mübarizədə yanlarında olmayıb, daha nə zaman olacağıq?
30 il əvvəl Qərbin dəstəyi ilə işğal etdiyi Dağlıq Qarabağı Ermənistandan geri qaytarmağa çalışan qardaşımız Azərbaycan üçün nə etsək azdır.
“SİHA” və “İHA”ları bir kənara qoyun, lazım gələrsə, NATO, Qərb və Rusiyaya baxmayaraq Azərbaycana əsgər də göndərə bilərik.

Niyə?

Məhz iyul ayında çap etdirdiyim "İstiqlal yolu" adlı kitabımın 37-ci səhifəsində bu mövzunu təfərrüatları ilə gələcək nəsillərə çatdırmaq üçün “Azərbaycandan gələn məktub Mustafa Kamalı duyğulandırdı” başlığını verdim.
Həmçinin “Qardaş qardaşa borc verməz” başlığı ilə çap olan yazım böyük maraqla qarşılandı.
Türkiyə-Azərbaycan münasibətlərini anlamaqda çətinlik çəkən Qərb ölkələrini tarixi bir daha bird aha oxumağa və anlamağa dəvət edirəm;
İndi gəlin Azərbaycanla-Türkiyənin niyə bu qədər yaxın olmasının səbəblərinin bir hissəsinə daha yaxından baxaq …

İzzət Sarı, Türkiyə
Başkentpostası.com