• 20 Aprel 2021
logo
Ermənistandan fərqli olaraq Azərbaycan mülki vətəndaşlara qarşı deyil, işğalçı rejimə qarşı mübarizə aparır - Sevil Mikayılova

Ermənistandan fərqli olaraq Azərbaycan mülki vətəndaşlara qarşı deyil, işğalçı rejimə qarşı mübarizə aparır - Sevil Mikayılova

Milli Məclisin deputatı Sevil Mikayılova Ermənistanın Azərbaycana qarşı təxribatları və atəşkəs sonrası vəziyyətlə bağlı Qətərin “Arabi21” televiziya kanalına müsahibə verib.

Ermənistanın humanitar atəşkəs rejimini kobud şəkildə pozduğunu diqqətə çatdıran S.Mikayılova bildirib ki, düşmən hərbi cinayət törədərək Azərbaycanın mülki əhalisini və infrastrukturunu atəşə tutur, dinc vətəndaşlardan xeyli sayda ölən və yaralananlar var.

Deputat vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan mülki vətəndaşlara qarşı deyil, işğalçı rejimə qarşı mübarizə aparır.

S.Mikayılova qeyd edib ki, regionda sülhün bərqərar olması və münaqişənin dinc yolla həlli yalnız Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasından sonra mümkündür.