• 22 Oktyabr 2020
logo
Ərdoğan: Minsk qrupu regionda sabitliyi təmin etmək istəyirsə, Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir

Ərdoğan: Minsk qrupu regionda sabitliyi təmin etmək istəyirsə, Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir

ATƏT-in Minsk qrupu regionda sülh və sabitliyi təmin etmək istəyirsə, ilk növbədə Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib. O vurğulayıb ki, Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir: "Ermənistanın Azərbaycan ərazilərini işğalı barədə susan ikiüzlülər və onların Türkiyə ilə Azərbaycana qarşı yönəlmiş bəyanatları heç bir şey ifadə etmir". R.T.Ərdoğan bildirib ki, Ermənistan Azərbaycan ərazilərini azad etməlidir.