• 1 Noyabr 2020
logo
Vüqar Rəhimzadə: Savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır

Vüqar Rəhimzadə: Savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır

eal faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat əbədi olmaqla yanaşı, dünyaya ədalət çağırışının edilməsində heç bir tərəddüdlə, təəccüblə qarşılaşmır. Tarix faktlara əsaslandığı qədər də saxtakarlıgı sevmir. Möhtərəm Prezidentimiz İlham Əliyev 30 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daim ciddi səylər göstərir, erməni yalanlarını faktlar əsasında ifşa edir, ən yüksək tribunalardan dünyanın hüquq problemini yaşadığını önə çəkərək, işğalçı dövlətə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etmədiyi üçün sanksiyaların tətbiq edilməsini tələb edir. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin BMT tribunasından Ermənistanın işğalçılıq siyasəti ilə bağlı növbəti təkzibolunmaz faktları və dəlilləri dünya ictimaiyyətinə çatdırması, işğalçı dövlətin müharibəyə hazırlaşdığını əsaslı şəkildə bildirməsi qarşı tərəfin yalanlarının miqyasını ifşa etdi, ən əsası Ermənistanın hiyləgər, riyakar bir dövlət olduğunu təsdiqlədi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın aparıcıların suallarını cavablandırmalarına yönəldərək bildirib ki, bir tərəfdə həqiqət, beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipi, digər tərəfdə isə yalan, böhtan, hüququn kobul şəkildə pozulması və ərazi bütövlüyü prinsipinə hörmətsizlik dayanırdı: "Dövlətimizin başçısı cənab İlham Əliyev aparıcıların suallarını, necə deyərlər, daşdan keçən faktlar və dəlillər əsasında cavablandırmaqla bir daha bəyan etdi ki, Ermənistanın son təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirsək görərik ki, işğalçı dövlətin müharibəyə hazırlaşdığı özünü qabarıq şəkildə bürüzə verir. BMT tribunasından da bu məqam dünyaya çatdırıldı. Hakimiyyəti zəbt etdiyi ilk gündən danışıqlar prosesinin formatını dəyişməyə, qondarma Dağlıq Qarabağ rejimini tərəf kimi prosesə cəlb etməyə cəhd göstərən Nikol Paşinyan «Qarabağ Ermənistandır» bəyanatı ilə açıq-aşkar danışıqların davam etdirilməsində maraqlı olmadığını təsdiqlədi. Eyni zamanda, qondarma «Dağlıq Qarabağ respublikası»nda keçirilən “seçkilər”, hazırda işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın məkrli planlarının nədən ibarət olduğunu açıqlayır. Azərbaycan münaqişənin sülh yolu ilə çözülməsində maraqlıdır. Amma imitasiya naminə danışıqlar aparmaq istəmir, daim bəyan edir ki, sülh danışıqları nəticəli olmalıdır".

V.Rəhimzadə qeyd edib ki, dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi, bu bəşəri bəladan xilas olmaq üçün birgə yolların axtarıldığı bir zamanda Ermənistanın dəfələrlə cəbhə xəttində təxribatlar törətməsinə nə ad vermək olar? İşğalçı dövlət öz daxili gərginliyini ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanda baş verənlərdən yayındırmaq üçün ən çirkin yollara əl atır: «Ermənistanın baş nazirinin həmin verilişdə Azərbaycana mənəvi dəstək göstərən qardaş Türkiyənin ünvanına şər, böhtan xarakterli, həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi də onun alçaq niyyət və məqsədlərinin tərkib hissəsidir. N.Paşinyan belə əsassız təbliğat aparır ki, guya sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıb, artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Utanıb-qızarmadan bəyan edir ki, Türkiyə bu prosesə cəlb edilib. Guya Türkiyənin hərbi təlimçiləri və yüksək vəzifəli hərbçiləri Azərbaycanın komanda məntəqələrindədir. Ermənistanın baş naziri həyasızcasına bir qədər də irəli gedərək bildirir ki, beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir".

"30 ildən artıqdır ki, özünü riyakarcasına dünyaya «yazıq, məzlum, işğala məruz qalan» dövlət kimi təqdim etmək istiqamətində səylər göstərən Ermənistan hakimiyyəti öz siyasi savadsızlığını növbəti dəfə qabarıq şəkildə büruzə verir, eyni zamanda, nə qədər aciz, cılız olduğunu təsdiqləyir. Dağlıq Qarabağı gah Ermənistanın tərkib hissəsi, gah da müstəqil qurum kimi təqdim edən savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır. Möhtərəm Prezidentimiz İlham Əliyev bütün çıxışlarında, həmçinin beynəlxalq təşkilatların tribunasından, mötəbər tədbirlər çərçivəsində dünyanın nüfuzlu KİV-lərinə müsahibələrində hər zaman Ermənistan rəsmilərinə tarix dərsini keçir: “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” söyləyən V.Rəhimzadə bildirib ki, Ermənistanın bu gün Türkiyəni tənqid atəşinə tutmasının səbəbləri bəllidir və bunu dövlətimizin başçısı İlham Əliyev belə əsaslandırmışdır: "Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur".

Vüqar Rəhimzadə bildirib ki, rəsmi Ankaranın Azərbaycanın mövqeyini dəstəkləməsi, Azərbaycanın yanında olması işğalçı dövləti hər zaman narahat edir. Digər bir narahatçılıq isə dost ölkənin münaqişənin həllində vasitəçiliyə cəlb edilməsinin gündəmdə olmasıdır: "Simasızlığı, riyakarlığı, yalanı siyasətinin əsas prinsipi kimi qəbul edən işğalçı dövlətdən ədalətli yanaşma, həqiqətə uyğun fikir gözləmək mümkün deyil. N.Paşinyanın Azərbaycan Ordusunun qələbəsini inkar etməsi, Azərbaycanın hərb yolunu seçməsinin mümkünsüzlüyünü bildirməsi də deyilənlərin təsdiqidir. Dünya birliyi bu reallığı qəbul etməlidir ki, beynəlxalq hüquq maraqların arxasında əridikcə Ermənistan ərköyünləşir, həqiqətləri inkar etdikcə daha aciz, gülünc duruma düşür".