• 9 Dekabr 2019
logo
add image
Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".