• 27 İyul 2024
logo
Koronavirusla qlobal mübarizə çərçivəsində Azərbaycan İraqa humanitar yardım göndərib

Koronavirusla qlobal mübarizə çərçivəsində Azərbaycan İraqa humanitar yardım göndərib

Koronavirusla qlobal mübarizə çərçivəsində Azərbaycan İraqa humanitar yardım göndərib.

APA-nın xəbərinə görə, bu barədə İraqın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əl-Sahaf bildirib.

Onun sözlərinə görə, Azərbaycandan profilaktiki tibb ləvazimatlardan ibarət 25 ton humanitar yardım İraqa göndərilib.

"İraq dünyanın üzləşdiyi bu böhran zamanı Azərbaycana göndərdiyi humanitar yardım üçün təşəkkür edir", - deyə XİN sözçüsü qeyd edib.