Prezident İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədri İlqar Əliyevin vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncama əsasən, İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.