Warning: opendir(/home/baymediaaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/baymediaaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Əgər Ermənistan danışıqlara hazır deyilsə...”
  • 23 İyul 2019
logo
add image
“Əgər Ermənistan danışıqlara hazır deyilsə...”

“Əgər Ermənistan danışıqlara hazır deyilsə...”

Fikrət Sadıqov: “Onlarla öz dillərində yəni güc, təxribatlarına zərbə ilə cavab vermək üslubu ilə danışmaq lazımdır”
"ATƏT-in Minsk Qrupu həmsədrləri may ayında regiona səfərləri zamanı özlərinin yanaşmasında kifayət qədər ciddi dəyişiklik ortalığa qoydular. Ola bilər ki, bu, Ermənistanın “hamının-hamıya mübadiləsi” prinsipini rədd etməsi ilə bağlıdır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, Ermənistan indi danışıqları yubatmaqla məşğuldur, nəyə də ümid edəcəyi bəlli deyil: "Həmsədrlər artıq belə vəziyyətlə Serj Sərkisyanın dövründə rastlaşıblar. Həmsədrlər tam əmindirlər ki, N.Paşinyan vəkomandası S.Sərkisyan və onun ətrafı kimi deyil, ola da bilməzlər.
Həmsədrlərin yanaşmasında 2 dəyişiklik aydın görünür:
I. Həmsədrlər regiona son səfərləri zamanı Dağlıq Qarabağda özləri demiş "de-fakto" hakimiyyət təmsilçiləri ilə görüşdülər. Separatçı qondarma qurumun separatçı rəhbərliyi ilə bir neçə görüş keçirsələr də onların yaydığı bəyanatda bu təfərrüat göstərilməyib. Həmsədrlər bəyanatında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə də görüşdüklərini bildirirlər. Dağlıq Qarabağda bir neçə görüşün fonunda Azərbaycanda Tural Gəncəliyevlə görüş barədə təxminən eyni həcmdəinformasiyaları yayması bu diplomatiyada təsadüfən olan hal deyil.
II. Həmsədrlər bəyanatda “qoşunların təmas xətti” frazası ilə yanaşı, həm də “beynəlxalq sərhəd “termini işlədirlər. Əlbəttə, bu həmsədrlərdə yenilik deyil, bir neçə dəfə belə hal olub. Lakin baş verənlər fonunda buna da həmsədrlərin ermənilərəmesajı kimi yanaşmaq olar; “qoşunların təmas xətti” və “beynəlxalq sərhəd” fərqlı şeylərdir.
Həmsədrlərin qarşıdakı addımlarını proqnozlaşdırmaq olar. Proqnoza daxil olan ilk parametr Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətidir. Bəzi məlumatlara görə, Dağlıq Qarabağın azərbaycanlı icması sosial şəbəkələrdə Dağlıq Qarabağ erməniləri ilə əlaqə qurmağa hazırlaşır, bəlkə də artıq qurublar. Həmsədrlər sosial şəbəkələr vasitəsilə 2 icma təmsilçiləri arasında qurulan əlaqələri rəsmən gündəliyə gətirəcəklər. Bu anlamda artıq dördtərəfli format rəsmiləşəcək. Rəsmi Bakının mövqeyinə görə Dağlıq Qarabağ münaqişəsində 2 əsas-Azərbaycan Respublikası və Ermənistan Respublikası və 2 maraqlı tərəf- Dağlıq Qarabağın azərbaycanlı və Dağlıq Qarabağın erməni icmaları mövcuddur. Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə ATƏT-in sənədlərinə söykənərək bunu sübut ediblər. Ən tutarlı dəlillərdən biri də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mövqeyidir.
Hadisələrin belə istiqaməti həmsədrlərin rəsmi Bakı ilə eyni lad üzrə hərəkətdə olduğunu göstərir. Beynəlxalq ictimaiyyətin rəyinin Azərbaycana tərəf çevrilməsi Ermənistanın daxilində baş verənlər fonunda Ermənistan dövlətçiliyi üçün çox böyük təhlükəyə çevrilə bilər".
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev isə deyib ki, Prezident İlham Əliyevin Qarabağ siyasəti ənənəvi siyasətin, estafetin davamıdır. Bu məsələdə ölkə başçısı hər zaman eyni azərbaycançılıq, eyni milli mənafe xəttini götürüb, indi də bu xətt eyni qaydada davam edir. Sadəcə, son vaxtlar, xüsusən Paşinyanın hakimiyyətə gəlməsindən sonra yaranan təxribatlar, erməni katolikosunun söylədiyi fikirlər, Şuşada baş verən məlum hadisələr, Ermənistan Baş nazirinin “Yallı” getməsi Azərbaycana qarşı yönəlmiş təxribat, təhriketmə cəhdləridir. Onun sözlərinə görə, Azərbaycan bu təxribatçılıq cəhdlərinə uysaydı, onda düzgün olmazdı, çünki Azərbaycanın öz səbir xətti var, diplomatik etiketi, son ana qədər diplomatiyadan istifadə haqqını özündə saxlayır. “Düzdür, bizi qınayanlar var ki, beynəlxalq hüquq da sizin tərəfinizdədir, niyəmüharibə eləmirsiniz? Güclü, modern ordunuz var, niyə hərb variantına əl atmırsınız? Hansı ki, bütün dünya Aprel döyüşlərində gördü ki, bu ordu nəyə qadir idi, nə qədər xüsusi, kritik sayıla biləcək əraziləri azad etdi. Azərbaycanın burada məqsədi nədir? Diplomatiyadan maksimum istifadə etmək. Nə qədər gücümüz çatırsa, nə qədər o xətt varsa, ora qədər getmək. Sonuna qədər səbir edirik ki, sabah böyük güclər, beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanı qınamasın ki, biz filan məsələdə artıq vasitəçilik edirdik, yekuna varırdıq, məsələ həll olunurdu, məlum qətnamələr icra olunurdu. Amma bayaq qeyd etdiyim kimi, Aprel döyüşləri bir daha sübut etdi ki, bizim səbrimizin limiti var və təxribatlar elə bir həddə yönələ bilər ki, Azərbaycan artıq dözüm gətirə bilməz. Elə bir məqam yetişər ki, artıq Azərbaycan o Aprel döyüşlərinin davamını gətirəbilər. Çünki Ermənistanın sabit hakimiyyəti yoxdur. Həmişə iki illik, üç illik hakimiyyətlər var. Çünki iqtisadiyyat fiasko, siyasi proseslər fiasko. Azərbaycan isə uzun məsəfəyə yönələn bir siyasət yürüdür. Qətiyyən şübhə etmirəm ki, cənab prezident öz uğurlu, mütərəqqi fəaliyyəti nəticəsində Qarabağın işğaldan azad olunmasına nail olacaq. Bütün İlham Əliyevsevərlərin qənaəti bundan ibarətdir ki, İlham Əliyev Qarabağı qaytaran lider kimi Azərbaycan tarixinə düşəcək”, - deyə millət vəkiliəlavə edib.
Politoloq Fikrət Sadıqov isə deyib ki, hazırda Ermənistanda qarşıdurma prosesi gərgin şəkildə öz əksini tapır. Lakin bu qarşıdurmanın nədən baş verməsi Azərbaycana maraqlı deyil. Bizə maraqlı olan məsələ onların ölkəmizə qarşı təxribatıdır. Düşmənin növbəti təxribatı ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı atəşkəsi pozaraq Azərbaycan ordusunun zabitinin qətlə yetirməsi oldu.
Ermənistanın beynəlxalq hüquq normalarını açıq şəkildə tapdaladığını deyən politoloq həmsədrlərin bu məsələyə biganəyanaşmasına təəssüfünü ifadə edib.
F.Sadıqov söyləyib ki, Azərbaycana ATƏT-in Minsk qrupu həmsədərləri tərəfindən ümumi bəyanat deyil, məhz Ermənistana ünvanlanan bəyanat lazımdır.
Politoloq düşünür ki, Azərbaycan tərəfi erməni snayperlərinə qarşı adekvat cavab verəcək: “Çünki Ermənistan cavabsız qalmamalıdır. Görünür qarşı tərəf normal dildə münasibət qurmağı bacarmır. Əgər Ermənistan danışıqlara hazır deyilsə, boyun qaçırırsa, demək onlarla öz dillərində yəni güc, təxribatlarına zərbə ilə cavab vermək üslubu ilə danışmaq lazımdır. Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır və bizim torpaqlarımızdan atılan güllələr mütləq şəkildə cavablandırılmalıdır. Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olinması vədigər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür".
Paşinyanın bu addımlarının acı nəticələrinə toxunan F.Sadıqov qeyd edib ki, əgər baş nazir öz sələflərinin atdığı addımları davam etsə, artıq ona qarşı etiraz edənlərin sayı artacaq: “Artıq İrəvanda Paşinyana qarşı etiraz edənlər var. Bu hələbaşlanğıcdır. Çünki Paşinyan vaxtilə xarici siyasət istiqamətini dəyişdirmək, fərqli siyasət həyata keçirəcəyi ilə bağlı vədlər vermişdi. Lakin bu vədlərin heç biri yerinə yetirilmir. Paşinyan təcrübəsizliyi, siyasətdən kənar bir şəxs olmaqla yanaşı üstəlik də sələflərinin yolunu gedərsə, bu, onun devrilməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, onu devirən elə hərbçilərin özləri olacaq. Çünki bəzi mənbələr də qeyd olunur ki, Ermənistanda Paşinyana qarşı çevriliş cəhdləri hazırlanır”.
Bu arada onu da qeyd edək ki, Ermənistanın baş naziri Paşinyanın istəyi ürəyində qalıb. Rusiya prezidenti Putinlə görüşəbilməyib.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün baş tutmamasına müxtəlif səbəblər ola bilər. Lakin ən ağlabatan səbəb odur ki, Putin Paşinyanla görüşməkdən imtina edib.
Politoloq qeyd edib ki, görüşdən imtina etmək beynəlxalq diplomatik protokolda nəzakətsizlik, qarşı tərəfə saymazlıq jesti kimi qəbul olunur: “Bunun təsadüf olmadığına dəlalət edən amillər çoxdur. Onlardan biri budur ki, Putin ötən ilin sentyabr ayında da Azərbaycan və Ermənistana səfər planlaşdırsa da, sonradan səfərin marşrutu dəyişdi və yalnız Azərbaycana gəldi, Yerevana getməkdən imtina etdi. Bununla yanaşı dekabr ayında keçirilən seçkilərdə Paşinyanın partiyası qələbə qazananda da Putin onu təbrik etmədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərində də Paşinyana qarşı protokol qaydalarının pozulması baş verib. Bütün bunlardan başqa, Moskvaya səfəri zamanı Paşinyan dəfələrlə Putinin audensiyasında gözlədilib”.
N.Məmmədova əlavə edib ki, Paşinyana saymazlıq göstərən təkcə Putin deyil: “Keçən ilin sentyabrında BMT Baş Assambleyasının illik iclası zamanı ABŞ prezidenti Tramp da Paşinyanla görüşməkdən imtina edib. Bütün bunlar onu göstərir ki, balanslaşdırılmış siyasət adı altında ikiüzlülük etməyə çalışan Paşinyanın maskası ifşa olunub və o, hər iki ağası tərəfindən fürsət düşən kimi diskreditasiya edilərək, ona həddini bildirir, həmçinin bu jestlə də xəbərdar edilir”.
Qeyd edək ki, Avrasiya İttifaqı sammiti çərçivəsində Paşinyan-Putin görüşü əvvəlcədən planlaşdırılsa da, baş tutmayıb. Görüşün baş tutmamasının səbəbi açıqlanmayıb.
Bu arada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti təmas xəttində baş verənlərlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar. Bu, böyük ehtimalla Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur. Açıqlamada bildirilib ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılıq verib. Reallıqlar isə dəyişilməz olaraq qalır: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Gələcəkdə Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, bölgənin gələcək inkişafı üçün digər alternativ mövcud deyil:"Ermənistan tərəfi etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin və qarşılıqlı nifaqın səbəbi, məhz Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğal altında saxlaması və bu ərazilərdə yaşayan yerli azərbaycanlıların etnik təmizlənməsi siyasətidir. Ermənistan hər hansı digər uydurma səbəb axtarmağa vaxt sərf etməməli və beynəlxalq ictimaiyyətin də tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyəyönəlik addımlar atmalıdır".
Cavid