• 11 Fevral 2025
logo
ƏHD Partiyasının sədri Türkiyə səfirinə başsağlığı verib

ƏHD Partiyasının sədri Türkiyə səfirinə başsağlığı verib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçıya, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türk xalqina dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyib.