• 23 Sentyabr 2020
logo
Parlamentin komitəsi bələdiyyə qulluqçularının maaşları ilə əlaqədar Operativ Qərargaha müraciət edəcək

Parlamentin komitəsi bələdiyyə qulluqçularının maaşları ilə əlaqədar Operativ Qərargaha müraciət edəcək

Milli Məclisdə Azərbaycanda 9 minə qədər bələdiyyə qulluqçusu və işçisinin maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsi təklif olunub.

Bunu bu gün Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Kamran Bayramov bildirib.

Mart ayında bələdiyyə qulluqçuları və işçilərinin maaş almadığını söyləyən K. Bayramov pandemiya dövründə bu kateqoriyadan olan insanların çətin durumla üzləşdiklərini vurğulayıb.

Bələdiyyələrin hazırda vergi yığa bilmədiyini söyləyən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bələdiyyə qulluqçuları və işçilərinin nə maaş, nə də yardım ala bilir: “Bununla bağlı Regional məsələlər komitəsi Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcək”.