• 26 Mart 2023
logo
Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə halları artırılır

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə halları artırılır

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar artırılır.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, 45.1.9-cu maddədə "və ümumtəhsil" sözü, habelə "peşə təhsili və ümumi təhsil" sözləri ilə əvəz edilir. Hazırda isə 45.1.9-cu maddədə “Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda” sözləri göstərilir.

Beləliklə, peşə təhsili alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüquqi veriləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.