• 22 Sentyabr 2020
logo
“Azərbaycan Prezidenti videokonfransda dünyaya maraqlı mesajlar verdi”

“Azərbaycan Prezidenti videokonfransda dünyaya maraqlı mesajlar verdi”

Aydın Quliyev: “Türk Şurası tarixə koronovirusla mübarizəni məxsusi müzakirə edən ilk beynəlxalq təşkilat kimi düşdü”

“Azərbaycan Prezidenti Türk Surasının videokonfransının keçirilməsi təşəbbüsü ilə ümumtürk inteqrasiyası tarixində bir neçə ilkə imza atdı. Bu konfransla Türk Şurası tarixə koronovirusla mübarizəni məxsusi müzakirə edən ilk beynəlxalq təşkilat kimi düşdü, eyni zamanda Azərbaycan Türk Şurasının öz tarixinə yeni tipli və ən müasir inteqrasiya üsulu gətirdi”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
A.Quliyev bildirdi ki, Azərbaycan virtual konfransla bütün türk dövlətlərinə koronavirusla öz mübarizə təcrübələrini bir-biri ilə bölüşmək şansı verdi. Məhz Azərbaycanın videokonfrans təşəbbüsündən sonra türk dövlətlərində koronavirusla mübarizənin yeni və daha mükəmməl mərhələlərinin başlanacağına şübhə yoxdur. Bu konfrans Türk dövlətlərinin bəşəri rifah, sülh və əmin-amanlıqda nə qədər maraqlı olduqlarını və nə qədər əməli-praktik mövqe tutduqlarını nümayiş etdirdi. Azərbaycan Prezidentinin təşkil etdiyi videokonfrans həm koronavirusla mübarizədə, həm də postkorona dövrünün daha nizam-intizamlı qurulmasında türk dünyasının malik olduğu güc və potensialların nə qədər böyük olduğunu göstərdi”.
Onun sözlərinə görə, son ay yarımda Azərbaycanın həyata keçirdiyi sistemli antivirus tədbirlərinin Prezident tərəfindən dünyaya geniş təqdimatının xüdusilə əhəmiyyətli olduğunu vurğulamaq lazımdır: “Azərbaycan Prezidenti videokonfransda ölkənin milli təcrübə modelindən dünyaya bir sıra maraqlı mesajlar verdi. Prezidentin Azərbaycanda görülən işlər barədə təqdim etdiyi bilgilər “Azərbaycan nə üçün nisbətən ən yaxşı durumdadır və nə üçün Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın təcrübəsini birmənalı təqdir edir” suallarının bütün dünyada tam aydınlşdırılmasında müstəsna əhəmiyyətə malikdir. Prezident Əliyev bir daha göstərdi ki, Azərbaycan koronavirusun stixiya kimi yayılmasının qarşısında həqiqətən güclü müdafiə sistemi qurur, işləri kor-korana yox, bir-birini tamamlayan sistem halında ardıcıl olaraq həyata keçirir. Videokonfransda dünya əmin oldu ki, Azərbaycanın koronavirusla mübarizədə nisbətən ən yaxşılar sırasında olması təsadüf deyil və həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir”.
Baş redaktor əlavə etdi ki, videokonfransda Azərbaycanın virus əleyhinə tədbirləri kompleks şəkildə həyata keçirdiyini dünyanın maraqla qarşılayacağına söz yoxdur: “Eyni vaxtda virusun yayılma sürətini yavaşıtmaq və dayandırmaq, iqtisadiyyatın dinamikliyini saxlamağa imkan verən tədbirlər görmək, işçilərin küçələrə atılmasının qarşısını almaq, sahibkarlığın tənəzzülünə səbəb ola biləcək təzahürləri aradan qaldlrmaq, makroiqtisadi sabitliyi təmin etmək və ümumi sosial rifahın tənəzzülə düşməsinin qarşısını almaq-Prezidentin təqdimatı Azərbaycanın məhz bu sistemlə kompleks iş həyata keçirdiyinə dair dünyada tam təsəvvür yaratdı. Azərbaycan bir daha nümayiş etdirdi ki, koronavirusla dövlətin, cəmiyyətin və hər bir fərdin kollektiv gücü əsasında mübarizəni təşkil edə bilmiş azsaylı dövlətlərdən biridir”.

Əli