• 26 Aprel 2024
logo
Gürcü jurnalist və bloger Füzulidə minatəmizləmə əməliyyatları ilə tanış olublar

Gürcü jurnalist və bloger Füzulidə minatəmizləmə əməliyyatları ilə tanış olublar

Gürcüstandan olan bir qrup jurnalist, bloger və akademikin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri başlayıb.
Qonaqlar Füzuli rayonunun Horadiz kəndində minatəmizləmə əməliyyatları ilə tanış olublar.
ANAMA-nın əməliyyatlar şöbəsinin baş mütəxəssisi Mədət Məmmədov ərazidə minatəmizləmə işləri ilə bağlı məlumat verib.
Bildirib ki, minatəmizləmə işləri itlər vasitəsilə, əllə və mexaniki üsulla aparılır.