• 6 May 2024
logo
ABŞ bizə qarşı blokada tətbiq edir - Pekin

ABŞ bizə qarşı blokada tətbiq edir - Pekin

ABŞ daim dənizdə regional gərginlik yaradır, birtərəfli sanksiyaları sərtləşdirir və Çinə qarşı texnoloji blokada tətbiq edir.

Baymedia.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

“Son zamanlar ABŞ müttəfiq adlandırdığı ölkələri öz tərəfinə çəkməkdə davam edir, regional gərginliyi daim təhrik edir və alovlandırır. Çin dünyaya inkişaf, əməkdaşlıq gətirir və ABŞ-dan gələn sanksiyalar Pekinin inkişafına mane ola bilməyəcək”, - nazir bildirib.