• 18 Aprel 2024
logo
“Arsax” atın kor nalbəndi

“Arsax” atın kor nalbəndi

İllər öncə hər dəfə Serj Sarqsyanın müsahibə və açıqlamalarını izləyəndə, intellektdən əsər əlamət olmayan, neandertal və bir az da, elə dilində desək, əyri üzünü görəndə, belə bir adamın necə və hansı şərtlər daxilində prezident kürsüsünə otura bildiyinə təəccüblənirdim. Təbii ki, bundan öncə Sarqsyanla bağlı məni təəccübləndirən digər maraqlar da vardı... Məsələn, necə olmuşdu ki, üz-gözündən uğursuzluq yağan bu insanabənzər məxluqun rəhbərlərindən biri olduğu hərbi birləşmələr Azərbaycan torpaqlarını işğal edə bilmişdi... Yaxud, Sarkisyanı Qarabağdan İrəvana, siyasi olimpin yüksəkliyinə daşıyan mərkəzin başbilənləri görəsən neçə litr araq, yaxud erməni konyakı içdikdən sonra belə bir qərarı verə bilmişdilər?

Serjin sonuncu müsahibəsini oxuduqdan sonra təəccüblənməkdə haqlı olduğumu bir daha yəqinləşdirdim.

Zənnimcə, erməni xalqı məğlubiyyəti, kapitulyasiyanı, ordularının darmadağın edilməsini bir kənara qoyub, Serj Sarqsyan kimi bir şəxsin prezident ola bildiyi ölkədə yaşadıqlarına ağlamalıdırlar. Bu 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən də ağır dərddi...

Serj Sarqsyanın son müsahibəsindən sonra, onun ciddi natamamlıq komplekslərinin olduğunu, qəddarlığının, əclaflığının uşaqlıq illərindən onunla birlikdə yol gəldiyini, “yol boyu” daim alçaldıldığını və bu səbəbdən ildən-ilə daha qəddar, daha əclaf, bütövlükdə insanlıqdan uzaq, rəsil bir məxluqa çevrildiyini tam çılpaqlığı ilə anlaya bildim. Anladım ki, onu Azərbaycanın ayrılmaz parçası olan Qarabağdakı separatçı hərakatın başına gətirənlərin xalqımıza qarşı olan nifrətinin həddi-hüdudu olmayıb. Elə ermənilərə qarşı da uzaq strateji hədəflər baxımından bir o qədər də mərhəmətli olmayıblar və aralarından ən şəxsiyyətsizini, ən ləyaqətsizini, ən qəddarını, ən əclafını onlara rəhbər təyin ediblər və hətta prezident olmasına da imkan yaradıblar.

Sarkisyanın qəzəbinin kəllə-çarxa vurduğu müsahibəsinin hər cümləsindən sezilir. Bu neandertal məxluq onu miskin Sərkisyandan və yenə də miskin, amma prezident Sarqsyana çevirən bütün faktorların sıradan çıxarıldığını, gorbagor edildiyini başa düşür. O artıq “müharibə qəhrəmanı” kimi boyundan dəfələrlə böyük hikkə ilə öyünə bilməyəcək. Onun cinayətkar ortağı Robert Köçəryan və digərləriylə, ciddi xarici dəstək nəticəsində yaratdığı ordu Azərbaycan torpaqlarından “it qovan kimi” qovulub, döşlərinə dəmir parçaları taxdığı generallar Azərbaycan əsgərinin qarşısından siçan kimi İrəvana qədər qaçıblar. Bütün miflər, əfsanələr darmadağın edilib və ortalıqda acı gerçəkliklər qalıb. Bu gerçəkliklərin içərisindən boy verən də Sarqsyanın öz obrazıdır. Necə var elə - miskin, qorxaq, qəddar, əclaf, “arsax” (axsaq) atın kor nalbəndi...

Serjin öz müsahibəsində “İskəndər” raketləriylə bağlı söylədiklərini isə “arsax”ın sarsağının sərsəmləməsi kimi qəbul etmək olar. Təfərrüatına varmayacağam, bu məxluq Ermənistanın “İskəndər” raketindən müharibənin sonunda istifadə etdiyini bildirir və qeyd edir ki, gərək “İskəndər” müharibənin 3-cü, 4-cü günündə işə salınaydı... Görəsən özünü “müharibə qəhrəmanı” sayan, Ermənistanın həm də müdafiə naziri olmuş bu taxtabaş müharibənin ilk günlərində “İskəndər”dən istifadə ediləcəyi təqdirdə, bunun Ermənistan üçün nə ilə nəticələnəcəyini başa düşmür? Yaxud anlamır ki, əgər hakimiyyətdə Nikol Paşinyan yox, lap elə onun özü olsaydı, “İskəndər”dən istifadə edə bilməyəcəkdi... Əgər belə cəsarətliydisə, o zaman aprel döyüşləri zamanı nə üçün Kreml rəsmilərinin ayaqlarına döşənirdi, yaxud Azərbaycanı razı salmaq üçün öhdəliklər götürürdü?

Digər tərəfdən, Serjin dediyi kimi, Şuşaya “İskəndər” raketinin atılması nəyi dəyişdi ki? Hələ o raketin taleyindən kimsənin xəbəri yoxdur. Bəlkə də havada partalyıb, yaxud partladılması “məsləhət” bilinib... Bu bədbəxtlər ayaqlarını üzəngidə görüb, “atın yüyəni”nin kimin əlində olduğunu da unudurlar... Görünür, Azatoviç hansı ordunun, yaxud xüsusi xidmət orqanının SERJantı olduğunu yaddan çıxarıb və unudub ki, indi onun “müttəfiq” deyə haqqında ağız dolusu danışdığı qütb üçün “yefreytor” qədər də dəyəri yoxdur. Rusların məşhur zərb-məsəlində deyildiyi kimi, “Yefreytor oğuldansa əxlaqsız qız yaxşıdır”.

Bu qədər...

Elçin Mirzəbəyli