• 26 Aprel 2024
logo
Tanınmış aparıcı Saleh Bağırov ona qarşı səsləndirilən ittihamlara sərt cavab verdi

Tanınmış aparıcı Saleh Bağırov ona qarşı səsləndirilən ittihamlara sərt cavab verdi

Uydurulan və adımdan təqdim olunan cümlə isə avaraçılıqdan, savadsızlıqdan, əxlaqından əziyyət çəkib, reytinq həsrətində olan psevda saytların manşetində!
Bəlli yaşa gəlib, özünü tapa bilməyən, hələ də “klaviatura pələngi” statusunda qalan, bədbəxtcəsinə onun-bunun cibinə göz dikən, reketlikdən başqa heç nəyə yaramayan psevda ZURNAlistlərin bərbad günə qoyduğu jurnalistikamızın bu gününü bir daha gördük.
Nə qazandınız? Neyləyə bildiniz?
20 ildir sərasər efirdə çalışan, ən vacib verliş, layihə və müsahibələrin məsuliyyətini daşıyan, mühüm dövlət tədbirlərinin, hərbi hissələrdə əsgərlərlə keçirilən görüşlərin aparıcısı olan mən, nəyi necə deməyi bilmədimmi? Özünüzü bu qədərmi ağıllı bildiniz? Yoxsa ağlınız özünüz kimi haqqı nahaqqa qurban verənlərə, insanların haqqına girib, şər- şəbədəylə məşğul olan şarlatanlara gedib?
Belə həssas dönəmdə insanların hissi ilə oynayıb, onları qıcıqlandırıb, od püskürmələrinə şərait yaratmağınızla olmayan ağlınız artdımı?
Ən azından feyk xəbəri yaymazdan əvvəl, sosial şəbəkə hesablarıma daxil olub, müharibə boyu etdiyim paylaşımlara da nəzər salmaq, yaxud özümlə əlaqə saxlamaq olardı. Hardan biləsiniz informasiyanın necə dəqiqləşdirilməsini? Bunun üçün baş lazımdır axı? O da ki, yox!
Yalançı ittihamların zərrə qədər də təsiri olmadı mənə. Çünki özümə, sözümə, işimə əminəm! Buna görə Tanrıya min şükür! Çiyinlərim üstündə şər atanlardakı başdan və onun içində çürük beyin, çürük əqidə və kompleks daşımadığıma görə də Şükür!
Bilin ki, hər əməlin mütləq ödəyəcəyiniz bədəli var!

“Göydə aramasın Allahı insan,
Hər kəsin vicdanı öz Allahıdır”
https://m.youtube.com/watch?v=UcrM9ziXHn4&feature=youtu.be