• 29 Mart 2024
logo
Böyükşor gölündə meyit tapıldı

Böyükşor gölündə meyit tapıldı

Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyiti aşkarlanıb.
Baymedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.
Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.