• 25 Aprel 2024
logo
Xankəndidən daha 12 xəstə İrəvana aparıldı

Xankəndidən daha 12 xəstə İrəvana aparıldı

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 12 xəstə Xankəndidən Ermənistana aparılıb.
Baymedia.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bundan əlavə, sağalan 10 xəstə isə Ermənistandan Qarabağa qaytarılıb.
Qeyd edək ki, Laçın yolunda aksiya başlayandan indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 194 xəstə Xankəndidən Ermənistana aparılıb.