Azərbaycan elmi üçün yeni olan göbələk növləri aşkarlanıb.
AMEA Botanika İnstitutundan verilən məlumata görə, Azərbaycan üçün müxtəlif taksonomik (9 sıra, 15 fəsilə və 20 cins) qruplara aid 24 yeni göbələk növü və 2 növdaxili takson aşkar edilib.
Bunlardan 18-i simbiotrof, 4-ü humus saprotrof və 4-ü ksilotrof ekoloji qruplarına aiddir.