• 6 İyun 2025
logo
Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

Bu ilin iyul ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 37,24 Mbit/s təşkil edib.
"APA-Economics" "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyun ayı ilə müqayisədə 0,3% artıb. Cari ilin iyulunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyun ayının göstəricisi ilə müqayisədə 2,5 azalaraq 14,59 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 55,07 Mbit/s və 12,35 Mbit/s təşkil edib. İyul ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 66-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (190,03 Mbit/s), Cənubi Koreya (189,20 Mbit/s) və Qətər (170,77 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin iyul ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 24,08 Mbit/s, çıxış sürəti isə 25,96 Mbit/s təşkil edib. Bu göstəricilər iyun ayı ilə müqayisədə müvafiq olaraq 5,9 və 5,2% azalıb.
İyul ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 180 ölkə arasında 1 pillə geriliyərək 123-cü yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Monako – 256,70 Mbit/s, Sinqapur – 256,03 Mbit/s və Honkonq (SAR) - 248,59 Mbit/s olub. İyulda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 107,50 Mbit/s və 58,27 Mbit/s təşkil edib.