• 29 May 2025
logo
Sabah daha bir itkin-şəhid dəfn olunacaq

Sabah daha bir itkin-şəhid dəfn olunacaq

Sabah daha bir Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Qeyd edilib ki, 1939-cu ildə anadan olmuş itkin-şəhid mülki şəxs Əsəddin Novruzov Curu oğlu Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

Xatırladaq ki, Əsəddin Novruzov 12 mart 1992-ci ildə doğulduğu Ağdərə rayonu Baş Güney Pəyə kəndində itkin düşüb.