• 19 Mart 2024
logo
HDİM Şuranın dəstəyi ilə Xaçmazda tədbir keçirib

HDİM Şuranın dəstəyi ilə Xaçmazda tədbir keçirib

12 oktyabr 2019-cu il də Hüquqi və Demokratik İslahatlar Mərkəzi İçtimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə institutunun inkişafında maarifləndirmə tədbilərinin rolu” layihəsi çərçivəsində Xaçmaz şəhərinin Turizm Mərkəzində “Sosial şəbəkələrin sağlam ailə modelinə təsiri” mövzsunda dəyirmi masa keçirib. Maraqlı müzakirələr, diskusiya şəraitində keçirilən tədbirdə rayonun ziyalıları, gəncləri, icra hakimiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərin müəllimləri iştirak edib. Tədbiri açan HDİM sədri, layihənin rəhbəri İlham Əliyev sağlam, moderin ailə cəmiyyətin inkişafına təkan verən başlıca amillərdən olduğunu bildirib. Qeyd edib ki, sağlam ailə sağlam cəmiyyət deməkdir: “ Açıq və aydın şəkildə demək olar ki, bu gün dövlətin əsasını sağlam ailələr təşkil edir. Soial şəbəkələrin mövcudluğu, dünyada hökm sürən yeniləşmə valideynlərin üzərinə çox böyük məsuliyyət qoyur. Valideynlər mənfi tendensiyaların gənclərə təsirini minimuma endirməsi üçün ehtiyatlı olmalı, daim övladları ilə söhbətlər, müzakirələr aparmalıdır”. İlham Əliyev ailələrin dağılmasında kənar təsirlərin, xüsusilə sosial şəbəkələrin böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, erkən nigah halları sağlam ailə, sağlam, övlad prinsiplərinə ciddi zərər vurur. Dəyirmi Masada çıxış edən layihənin eksperti Qismət İsmayılov gəncləri sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb: “Sosial şəbəkələr günümüzün reallığına çevrilib. Müasir, çevik ünsiyyət, rabitə vasitəsidir. Heç kim sosial şəbəkələri qadağan edə bilməz. Əksinə bu işin ziyanınadır. Sosial şəbəkələrdən sadəcə düzgün istifadə etmək lazımdır. Valideynlər xüsusi ilə diqqətli olmalı, az yaşlı uşaqları sosial şəbəkələrdən uzaq tutmalı, gənclərə isə nəzarət etməlidir”. HDİM Şuranın dəstəyi ilə Xaçmazda tədbir keçirib Tədbirdə çıxış edən Xaçmaz rayonun gənclərindən Lalə Musayeva, Ənvər Qocayev, Maqsud Mehdiyev, müəllimə Nailə Sultanova, rayonun Qaraçı bələdiyyəsinin sədri Azər Abbasov, sığorta agentliyinin əməkdaşı Faiq Abdullayev, Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüfət Mirzəyev, ağsaqqal Hüseynağa Xatayev, Müşkül icra nüməyəndəsinin müavini Rəşad Musayev, Qımılqışlaq icra nüməyəndəsinuin müavini Hənifə Allahverdiyev, Turizm Mərkəzinin baş mütəxəssisi Elnur Abdullayev, Hacıəlibəy nümayəndəliyinin icra nümayəndəsi Vasif Zeynalov və digərləri çıxış edərək sağalam ailə institutunun formalaşması, erkən nigah hallarının aradan qaldırılması, boşanmaların və məişət zorakılığının aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, sosial şəbəkələrə nəzarətin gücəndirilməsinin vacibliyini vurğulayıblar. Sonda tədbir iştirakçılarını maraqlandıran sualalra cavab verilib.