• 22 May 2025
logo
Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Qazaxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs 1995-ci il təvəllüdlü Sənan Məmmədovdur.

O, istintaq məsuliyyətinə cəlb olunub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata görə, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.