• 4 Dekabr 2023
logo
Mədəniyyət sarayından 28000 manatlıq musiqi avadanlığı oğurlanıb

Mədəniyyət sarayından 28000 manatlıq musiqi avadanlığı oğurlanıb

Xəzər rayonunda oğurluq olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28000 manat dəyərində musiqi avadanlığı oğurlanıb.

RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.