• 15 Aprel 2021
logo
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist

"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist

Azərbaycanın tətbiq etdiyi vaksin insanları koronavirusdan olan ölüm hallarından 100 faiz qoruyur.

Bunu İnfeksion xəstəliklər üzrə mütəxəssis Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, vaksin yoluxmadan 53 faiz, xəstəliyi ağır keçiməkdən isə 83 faiz qoruyur:

"Çox qısa zamanda dünyada yaradılan bu vaksin əslində çox yaxşı nəticələr verir. Vətəndaşlarımızı aktiv şəkildə peyvəndlənməyə dəvət edirəm.

Qısa bir zamanda bu problemdən yaxa qurtarmağın ən asan yolu bütün ölkə əhalsinin vaksinasiya olunmasıdır".

Xatırladaq ki, Azərbaycanda COVİD-19-a qarşı Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" peyvəndinin istifadəsinə yanvar ayının 18-dən start verilib.